Rusiyadan Ermənistana TƏZYİQ: İrəvan hərəkətə keçdibackend

Rusiyadan Ermənistana TƏZYİQ: İrəvan hərəkətə keçdi

Ermənistandan Rusiyaya ixrac olunan məhsullarla bağlı yeni problemlər aşkar edib.

KONKRET.az xəbər verir ki, qurumun rəhbəri Sergey Dankvert “Vesti” telekanalının efirində bildirib ki, problemlər təkcə güllərlə məhdudlaşmır.

“Problem yalnız güllərlə bağlı deyil, tərəvəz və meyvələrlə də əlaqədardır”, – deyə Dankvert vurğulayıb.

Onun sözlərinə görə, Ermənistandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsulları ilə bağlı nəzarət tədbirləri davam etdirilir. Rusiya tərəfi məhsulların keyfiyyəti və fitosanitar tələblərə uyğunluğu ilə bağlı narahatlıqların olduğunu qeyd edib.

Hələlik Ermənistan tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*