Rusiyadan Gürcüstana getmək istəyən 180-dən çox şəxs sərhəddə çağırış vərəqəsi alıb.
KONKRET.az xəbər verir ki, bu barədə Şimali Osetiya hərbi komissarının müavini Abril Abdullayev deyib. O bildirib ki, qismən səfərbərliyə uyğun olan və Rusiyadan Gürcüstana getmək istəyən 180-dən çox şəxs sərhəddə çağırış vərəqəsi alıb.
Gürcüstanla sərhəddə çağırış üzrə xüsusi qrup işləyir.
Qismən səfərbərliyə uyğun Rusiya vətəndaşlarına çağırış vərəqələri verilir və Rusiya Federasiyasının müvafiq qanununun normaları izah olunur. Respublikada yüksək hazırlıq rejimi qorunur.
Xuraman Etibarlı,
KONKRET.az
