Rusiyadan neft nəqlinə qadağa altıncı sanksiyalar paketinə daxil edilməyəcək – Bu ölkələr narazıdırbackend

Rusiyadan neft nəqlinə qadağa altıncı sanksiyalar paketinə daxil edilməyəcək – Bu ölkələr narazıdır

Rusiya neftinin nəqlinə qadağanın altıncı sanksiyalar paketinə daxil edilməməsi qərara alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə diplomatik mənbələrin yaydığı məlumatda deyilir.

Məlumata görə, sanksiyalar paketinə müddəanın daxil edilməsi ilə bağlı qərar qəbul etmək üçün beynəlxalq səviyyədə əlavə koordinasiya, xüsusən də G7 çərçivəsində razılaşma lazımdır. Bu arada Yunanıstan, Kipr və Malta kimi ölkələr belə bir tədbirə qarşı çıxır. Bu dövlətlər gəmiçilik şirkətlərinin əlverişsiz vəziyyətdə olacağından qorxurlar.

Qeyd edək ki, Avropa Komissiyası altıncı sanksiyalar paketi çərçivəsində Rusiyadan olan şəxslərə və təşkilatlara Avropada daşınmaz əmlak almağı qadağan etməyi planlaşdırır. Məhdudiyyət Aİ vətəndaşlığı və ya Avropa İqtisadi Zonasında, eləcə də İsveçrədə yaşamaq icazəsi olan ruslara şamil edilmir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*