Rusiyadan yeni UKRAYNA AÇIQLAMASI: Kiyev Qərbdən gələn silahları görün harada saxlayır – FOTObackend

Rusiyadan yeni UKRAYNA AÇIQLAMASI: Kiyev Qərbdən gələn silahları görün harada saxlayır - FOTO

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ukrayna Silahlı Qüvvələrinin Qərbdən verilən silah və sursatları saxlamaq üçün nüvə stansiyalarından istifadə etdiyini açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Narışkin qeyd olunan silah və sursatlar arasında HİMARS və iri çaplı top mərmiləri olduğunu, onların qatarla “Rivne Atom Elektrik Stansiyası”na gətirildiyini iddia edib.

Rusya Dış İstihbaratı Servisi Direktörü Sergey Naryshkin

Narışkin bildirib ki, Ukrayna nüvə reaktorlarından hərbi sursat saxlamaq üçün qalxan kimi istifadə edir. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin nüvə fəlakəti qorxusundan nüvə stansiyalarına hücum etməyəcəyini bilir. Buna görə də, Qərbdən gələn silah və sursatı nüvə stansiyalarında gizlədir.

Ukrayna'daki nükleer santrallerin durumu

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*