Rusiyalı ermənipərəst jurnalist ABŞ-ı nüvə silahı ilə hədələdibackend

Rusiyalı ermənipərəst jurnalist ABŞ-ı nüvə silahı ilə hədələdi

Rusiyalı ermənipərəst jurnalist Vladimir Solovyov Ukraynaya çoxsaylı raket sistemlərinin ötürülməsinə görə ABŞ-ı nüvə silahı ilə hədələyib.

KONKRET.az xəbər verir ki, bu haqda informasiya “glavred.info” saytında yer alıb.

O hesab edir ki, ABŞ Rusiyanı məğlub etmək üçün hələ də Ukraynaya lazımi silahları verəcək.

“Putini məğlub etmək olmaz, çünki Rusiya nüvə ölkəsidir. ABŞ indi Rusiya ilə Ukrayna arasında baş tutan müharibəni uzatmağa çalışır, mümkün qədər Ağ Ev sistemlərin Kiyevə ötürülməsi imkanlarını nəzərdən keçirir. Zelenski isə bunun üçün onlara yalvarır”, – Solovyev qeyd edib.

Təbliğatçı hesab edir ki, Ukrayna çoxsaylı raket sistemləri alaraq Rusiya Federasiyasının şəhərlərinə zərbələr endirə bilər.

“Bayden başa düşür ki, əgər Rusiyanın atom elektrik stansiyalarına zərbə endirilsə, şəhərlərimizdə çoxsaylı qurbanlar olsa, biz bu vəziyyətə ümumiyyətlə başqa cür baxa bilərik. Deyə bilərik: siz Kiyevi Amerika silahları ilə təmin etdiniz, buna görə günahkarsınız və biz qərar qəbul edən mərkəzlərə zərbə vura bilərik”, – Solovyov qəzəblə danışıb.

Martın əvvəlində məlum olub ki, İtaliya hakimiyyəti rusiyalı təbliğatçı Vladimir Solovyovun iki villası ilə bağlı əməliyyatlara qadağa qoyub. Komo gölündə yerləşən bu villaların ümumi dəyəri 8 milyon avrodur.

Sonradan müəyyənləşib ki, Putinin təbliğatçısı Vladimir Solovyov İtaliyada yaşamaq icazəsindən məhrum edilib. Həmçinin, ölkə hakimiyyəti onun dövlət ərazisinə girişinə ömürlük qadağa qoyub.

Qeyd edək ki, Solovyov Azərbaycanda əsasən ermənipərəst mövqeyi ilə tanınır. O, hər gün Rusiya televiziyasında və özünün Youtube kanalında apardığı verilişlərdə ölkəmizin əleyhinə təbliğatlar aparır.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*