ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistana gedib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, İqor Xovayev İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Hələlik Ermənistan Xarici İşlər Nazirliyi görüşlə bağlı başqa detalları açıqlamayıb.
Xatırladaq ki, İqor Xovayev avqustun 31-də Azərbaycana səfər edib və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
