Rusiyalı mikrobioloq alimdən koronavirusla bağlı mühim AÇIQLAMAbackend

Rusiyalı mikrobioloq alimdən koronavirusla bağlı mühim AÇIQLAMA

“Koronavirusda sirkulyasiya edən ştamların dəyişməsi qripdən daha sürətli, təxminən səkkiz ayda bir dəfə baş verir”.

KONKRET.az xəbər verir ki, bunu N. F. Gamalei adına Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq “TASS”a açıqlamasında deyib.

“Biz 2,5 ildir ki, pandemiya şəraitində yaşayırıq, bu müddət ərzində ştamlar üç dəfə dəyişib. Və sonra təxminən səkkiz ayda bir dəfə belə olacaq. COVID-19 ilə dövran edən ştamların dəyişməsi qriplə müqayisədə bir az daha sürətli baş verir”-deyə, o bildirib.

Onun sözlərinə görə, hazırda üstünlük təşkil edən omikron ştamının növləri (BA.4 və BA.5) ştamın birinci variantından çox fərqlidir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*