Rusiyanı bu cür məhv etmək istəyirlər – Çörçillin planıbackend

Rusiyanı bu cür məhv etmək istəyirlər – Çörçillin planı

Qərb ölkələrinin məqsədi rusları və serbləri yer üzündən silməkdir.

KONKRET.az  Axar.az-a istinadən xəbər verir ki, bu sözləri serb rejissoru Emir Kusturiça “İzvestiya” qəzetinə danışarkən bildirib.

“Mən davamlı müharibələrin olduğu bir dünyada böyümüşəm – Vyetnam, İraq, Suriya, Əfqanıstan, Liviya… Bütün bunların məqsədi rusları və serbləri yer üzündən silməkdir. Bu onların əsas məqsədidir”, – rejissor bildirib.

Amerikalıların öz planlarını reallaşdırmaq üçün məhdud nüvə müharibəsi aparmağa hazır olduğunu deyən məşhur rejissor sözlərinə sübut kimi Qərb liderlərinin Rusiyanı Sovet İttifaqı dövründə məhv etmək niyyətini göstərib:

“1947-ci ildə Çörçill və Trumenin bir planı müxtəlif şifrələr altında gizlədilib. Bu plana əsasən Sovet İttifaqını dağıtmaq niyyətində idilər. NATO-nun iştirakı ilə nüvə zərbələri endirib, son nəticədə Rusiyanı məhv etmək istəyirdilər. Məsələ mədəniyyətin yox, bütöv bir xalqın ləğvindədir. Rusiya buna hazır olmalı və gələcəkdə özünü qorumaq üçün addımlar atmalıdır” .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*