Rusiyanın avtomobil bazarında kəskin bahalaşmabackend

Rusiyanın avtomobil bazarında kəskin bahalaşma

Rusiyanın avtomobil bazarında ehtiyat hissələrin və istehlak materiallarının qiymətində xeyli bahalaşma olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Motor” məlumat yayıb.

Bazar rəsmiləri bir çox detalların da Rusiya bazarında tamamilə tükəndiyini bildirib:

“Rusiyada ön şüşələr, kuzov hissələr, mühərriklər və istehlak materialları, o cümlədən yağ və yanacaq filtrləri yoxdur. Eyni zamanda paralel idxal vasitəsilə bütün komponentləri ölkəyə idxal etmək mümkün deyil”.

Çıxış yolu kimi avtomobil sahiblərinə avtomobilləri işlənmiş ehtiyat hissələri ilə təmir etmək təklif olunur.

Qeyd olunub ki, bu ilin yanvarından Rusiyada ehtiyat hissələrinin qiyməti 35-65 faiz artıb. Bu tendensiya avropalı istehsalçıların ölkədən getməsi, qeyri-sabit valyuta məzənnəsi, eləcə də daha mürəkkəb logistika ilə bağlıdır. Əhəmiyyətli qıtlıq yaşayan brendlər arasında “Ford”, “Subaru”, “Suzuki”, “Reno”, həmçinin “Audi, Mazda” və “Volvo” var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*