Rusiyanın fövqəladə hallar naziri kinorejissoru xilas etmək istəyərkən HƏLAK OLUB – YENİLƏNİBbackend

Rusiyanın fövqəladə hallar naziri kinorejissoru xilas etmək istəyərkən HƏLAK OLUB - YENİLƏNİB

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümü ilə bağlı detallar məlum olub.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, nazir məşhur rusiyalı kinorejissor Aleksandr Melniki xilas etmək istəyərkən faciəvi şəkildə həlak olub.

Belə ki, sənədli film çəkilişləri üçün Norilskə gələn A.Melnikin ayağı sürüşüb və o, suya yıxılıb.

Bu zaman nazir onun həyatını xilas etmək üçün suya atılıb, lakin daşa çarpılıb.

Nəticədə həm Y.Ziniçev, həm də rejissor A.Melnik həlak olublar.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Y.Ziniçevin yaxınlarına başsağlığı verib.

***

 13:51
Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçyev vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

O, idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman bədbəxt hadisə nəticəsində həlak olub.

Qeyd edək ki, 55 yaşlı Y.Ziniçyev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*