Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı, 63 nəfər öldü – YENİLƏNDİ – VİDEObackend

Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı, 63 nəfər öldü - YENİLƏNDİ - VİDEO

Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, 63 nəfərin öldüyü bildirilir.

KONKRET.az xəbər verir ki, Rusiyanın “112” teleqram kanalının məlumatına görə, qəzaya uğrayan “İl-76” hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.

13:03

***

Rusiyanın İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hərbi-nəqliyyat təyyarəsi olan İl-76 Belqorod vilayətinin Koroçansk rayonunda qəzaya uğrayıb.

“Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm “, – deyə Belqorod vilayətinin qubernatoru Qladkov “Telegram” kanalında yazıb.

 

Rusiyanın İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, hazırda hadisə yerində xilasedicilər işləyir.

Hadisənin səbəbi və nəticələri araşdırılır.

Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*