Rusiyanın İsveçdəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldıbackend

Rusiyanın İsveçdəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsev Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, səfir Viktor Tatarintsevə səfirliyin sosial media hesabında yazılan şərhlərin və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünün pisləndiyi bildirilib.

Nazirlik məsələ ilə bağlı əlavə şərh verməyib.

Qeyd edək ki, Rusiya səfirliyinin sosial media hesabında edilən paylaşımda Ukraynada ötən ay həlak olan 30 yaşlı isveçli könüllü döyüşçünün “ölməyə layiq olduğu” bildirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*