Rusiyanın kəşfiyyat şefi Baqdasaryanla görüşdü – Moskvada kritik müzakirəbackend

Rusiyanın kəşfiyyat şefi Baqdasaryanla görüşdü – Moskvada kritik müzakirə

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Ermənistan Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, Rusiya Regional Akademiyası Şurasının sədri Artur Baqdasaryan arasında görüş keçirilib.

KONKRET.az  xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Görüş zamanı tərəflər Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, regional və qlobal təhlükəsizliyin aktual problemləri, yeni reallıqlar işığında əməkdaşlığın inkişaf etdirilməsi mexanizmləri və istiqamətlərini müzakirə ediblər.

Atəşkəs, sərhədlərin müəyyənləşdirilməsi, əsirlərin dəyişdirilməsi, itkin düşənlərin axtarışı, mədəni irsin və abidələrin qorunması ilə bağlı müqavilələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

  • Hüseyn
    Noyabr 29, 2020 - 18:35

    1990-cı illərdə ermənilər qarabağ bölgəsindəki torpaq iddiasına düşməsəydilər, Azərbaycanlı qadınları və uşaqları vəhşicəsinə öldürməsəydilər, Xocalıda soyqırımnı törətməsəydilər, vəziyyət indi tamamilə fərqli olardı. Qarabağda ermənilər və Azərbaycanlılar mehriban yaşayırdılar. İndiyədək Yerevan-Bakı-Moskva qatarı işləyirdi.
    Bakı-ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri Nabukko və s. Ermənistandan keçirdi.Qarabağa Azərbaycan daxilində yüksək status verilə bilərdi. Ermənistanın Azərbaycan və Türkiyə ilə sıx iqtisadi əlaqələri olacaqdı və Ermənistan inkişaf etmiş ölkələr səviyyəsində olacaqdı. Ermənistan və Azərbaycan Avropa Birliyinin və NATO-nun üzvü olacaqdı. Xüsusilə Ermənistanın sərhədlərini dövlətçiliyini Rusya qorumuyacaqdı. Ermənistan Rusiyanın oyununa gəldi. Rusya isə Qafqazdakı siysətini yerinə yetirə bildi.Ermənistan müstəqilliyini tam qazana bilmədi, bölgədə çox zəif Ölkə vəziyyətinə düşdü. Görəsən hər şey yenidən başlaya bilərmi?Çətin çünki əvvəlcə Rusya Qarabağdan çıxmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*