“Rusiyanın planının qarşısı alınmalıdır” – Moskva öz niyyətindən niyə gəri çəkilmir? – AÇIQLAMAbackend

“Rusiyanın planının qarşısı alınmalıdır" - Moskva öz niyyətindən niyə gəri çəkilmir? - AÇIQLAMA

Erməni separatçılarının lideri Arayik Arutunyanın həbs edilməsi istiqamətində prokurorluğun yaydığı məlumat təsadüfi deyil. Ümumiyyətlə Arayik Arutunyan çoxdan həbs edilməli idi.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, separatçının Rusiyaya dəvət edilməsi və ona verilən təlimatlar göstərir ki, Moskvanın Qarabağdakı ermənilərlə bağlı ölkəmiz əleyhinə planları var. Görünür bu haqda məlumat var ki, Arayikin həbsi gündəmə gəlib: “Bu məsələ Azərbaycan üçün prinsipial olmalı, Rusiyanın planının qarşısı alınmalıdır. Qeyd edim ki, Rusiya XİN rəhbəri Sergey Lavrov ATƏT sədri ilə Qarabağdakı məsələləri müzakirə edib. Ümumiyyətlə Rusiya məsələni gündəmə gətirir və çalışır ki, Qarbağda ermənilərin statusu danışıqlar müstəvisinə gətirilsin. Rusiyanın Qarbağ məsələsini hansısa dövlətlər və təşkilatlarla müzakirə etməsinə etiraz olunmalıdır”.

Yazarlar Məhəmməd Əsədullazadə

“Münaqişə bitib və bəzi problemləri özümüz həll etməliyik: “Bu məsələnin yenidən gündəmə gəlməsi əleyhimizə işləyə bilər. Təbii ki, prezident İlham Əliyev buna imkan verməyəcək. Amma, Moskva da öz niyyətindən gəri çəkilmir” – deyə politoloq fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*