Rusiyanın tanınmış aktrisası vəfat etdibackend

Rusiyanın tanınmış aktrisası vəfat etdi

Rusiyalı aktrisa Nina Akimova vəfat edib.

KONKRET.az xəbər verir ki, 75 yaşlı sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb.
Bildirilir ki, aktrisa daha əvvəl bədənində, gözünün ətrafında şişlər və qançırlarla əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, hospitalda qalmağa etiraz etmiş, teatra getməyə üstünlük vermişdi.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nina Akimova 1983-cü ildən Rusiya Teatr Sənəti Akademiyasında çalışıb. O, “Duel”, “Qar fırtınası” və digər filmlərdəki obrazları ilə məşhurlaşıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*