Rusiyanın Türkiyədəki səfiri hədələndi, təhlükəsizliyi gücləndirildibackend

Rusiyanın Türkiyədəki səfiri hədələndi, təhlükəsizliyi gücləndirildi

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov yenə fiziki hədələrə məruz qaldığını deyib.

KONKRET.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Suriyanın İdlib vilayətində hərbi vəziyyətin gərginləşməsinə görə, bundan əvvəl də hədələndiyi söyləyən səfir son günlər bu ifadələrin artdığını deyib.

“Sonuncu hədələr arasında “sizin hərbçilərinizin başından qüllə tikəcəyik” yaxud “tökdüyünüz hər damla qana görə cavab verəcəksiniz və s”– deyə səfir deyib.

 O, Rusiyanın ünvanına təhqirlər səsləndiyini də əlavə edib.

“Bütöv ölkə ünvanına bunların səslənməsi cəmiyyətin radikallaşmasından xəbər verir. Bu isə Rusiya-Türkiyə münasibətlərinə ciddi zərər vurur”.

Yerxov sələfi Andrey Karlovun 2016-cı ildə Ankarada öldürülməsini yada salıb və bu taleyi yaşamaq istəmədiyini vurğulayıb.

Türkiyə səfirin sözlərindən sonra onun təhlükəsizliyini gücləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*