Rusiya Müdafiə Nazirliyi Dnepropetrovsk vilayətində Otradnoye və Tixoye yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü açıqlayıb. Hər iki məntəqə cəbhənin cənub və cənub-şərqdən irəlilədiyi mühüm Pokrovskoe qəsəbəsi yaxınlığında yerləşir.
KONKRET.az xəbər verir ki, Ukrayna tərəfi bu məlumatları rəsmi olaraq təsdiqləməsə də, “Muchnoy” çağırış adı ilə tanınan ukraynalı hərbçi hər iki məntəqədə rusların mövcudluğunu və bayraqlar qaldırdıqlarını bildirir.
Rusiya həmçinin Sever istiqamətində Pazeno kəndinin də nəzarətə götürüldüyünü iddia edir. Bu irəliləyişin bölgədə daha geniş əhatə riski yarada biləcəyi vurğulanır. Kiyev isə bu məlumatı da təsdiqləmir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
