“Rusiyaya gülürlər, o, artıq dünya dövləti kimi mövcud deyil” – Avetisyanbackend

"Rusiyaya gülürlər, o, artıq dünya dövləti kimi mövcud deyil" - Avetisyan

“Rusiyaya gülürlər, o, artıq dünya dövləti kimi mövcud deyil”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Milli Demokratik Qütbünün (MDQ) üzvü Varujan Avetisyan deyib. O, canlı efirdə çıxışı zamanı Rusiyanın artıq gücsüz bir dövlət olduğunu, bütün dünyanın Rusiyaya güldüyünü bildirib.

“Rusiya hətta paltaryuyan maşın istehsal edə bilmir. Rusiyanı qara kif bürüyüb. Rusiyada bütün dünyanın acığına mövcud olan yırtıcı bir sistem var. Əziz ermənilər, Rusiyaya gülürlər, o, artıq dünya dövləti kimi mövcud deyil. Yalnız Rusiyanın Ermənistanda olması onun qlobal sistem kimi ayaqda qalmasına imkan verir”, – deyə Avetisyan vurğulayıb.

Xuraman Etibarlı, 

KONKRET.az

  • Vuqar
    Yanvar 14, 2022 - 12:39

    АVETİSYANİN SOZLƏRİ BOYUK HƏQİQƏTDİ HƏLƏ GET-GEDƏ BUNU HAMİ DAHA AYDİN GORƏCƏK!

  • Яшьма
    Yanvar 14, 2022 - 12:47

    İnsanlar bir-birindən soruşur:- televizorun markası -Samsunq,sürdüyünü maşının markasi-Mersedes ,mobil telef. markasi-Ayfon, və sairə və sairə !
    Əgər bu malların heç birini Rusiya istehsal edə bilmirsə kim onların dövlətində yasamaq istəyər?
    Çox sadə bir Test kifayət edir ki,rusun dünyada yeri bilinsin,burda heç Amerika kəşf etməyə ehtiyac da yoxdur!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*