Rusiyaya qarşı münasibətdə Avropa ölkələrinin birliyi dağıla bilər – İLGİNC SƏBƏBLƏRbackend

Rusiyaya qarşı münasibətdə Avropa ölkələrinin birliyi dağıla bilər - İLGİNC SƏBƏBLƏR

“Avropa İttifaqı ölkələrinin Rusiyaya münasibətdə birliyi inflyasiyanın artması və enerjiyə qənaətlə bağlı atılan addımlar səbəbindən çətin sınaqdan keçir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Materialda deyilir ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayanda Avropa İttifaqı vahid cəbhə nümayiş etdirib:

“Bununla belə, sürətlə artan inflyasiya, yaşayış minimumu böhranı və enerjinin azaldılması real perspektivlə mübarizə aparmağa məcbur olan Avropa liderlərini çətin sınaq qarşısında qoyub”, – qəzet yazıb.

Məqalədə Avropa liderlərinin birliyi qoruyub saxlayacaqları, yaxud qiymət artımı fonunda əhalinin onları anti-Rusiya sanksiyalarını yumşaltmağa məcbur edəcəkləri haqda fikirlər yer alıb:

“Bəzi əlamətlərdən enerji məsələsində bu birliyin o qədər də güclü görünmədiyi hiss olunur”, – müəlliflər fikirlərini tamamlayıblar.

Qeyd edək ki, daha öncə Britaniyanın istefada olan general-leytenantı Saymon Mayall “Times” radiosunun efirində etiraf edib ki, Avropa Komissiyasının qaz istehlakını 15% azaltmaq planı həyata keçirilərsə, bu zaman Avropa sakinləri Kiyevi dəstəkləmək ideyasından imtina edə bilərlər.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*