Xerson vilayətinin Novaya Kaxovka şəhəri ruslar tərəfindən işğal edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Suspil şəhərinin rəhbəri Vladimir Kovalenko deyib.
“Novaya Kaxovka şəhəri tamamilə düşmənin nəzarəti altındadır. Onlar şəhər icraiyyə binasını tutublar, binalardakı bütün Ukrayna bayraqlarını çıxarıblar. Ən ağır vəziyyət Kazatsk və Vesel kəndlərindədir, hər ikisi tamamilə dağıdılıb”, – Kovalenko bildirib. Axar.az
