Ruslar haqqında etdiyi zarafata görə 10 gün həbs olunmuş və Rusiyada olması “ömürlük arzuolunmaz”elan edilən Azərbaycan əsilli komediya aktyoru İdrak Mirzəlizadənin cəzası 14 ilə endirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Daxili işlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, İdrak Mirzəlizadənin ruslar haqqındakı çıxışı Rusiyada etirazlarla qarşılanmışdı.
“İdrak Mirzəlizadə Ruslara qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib. Bununla əlaqədar olaraq, onun Rusiya Federasiyasında olması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni maraqlarını təhdid edən kimi tanınır. Təqdimat formasından asılı olmayaraq, millətlərarası münasibətlərin sabitliyini pozmağa yönələn ifadələr yolverilməzdir” – Rusiya DİN-in yaydığı bəyanatda bildirilmişdi.

14 il mi? Adam mı öldürüb? ruslar bizi təhqir edəndə mükafatlandırılır ama
İdrak’a sahib çıxmalıyıq