Ruslar heç vaxt Ukraynanı məğlub edə bilməyəcək – Gürcü ekspertbackend

Ruslar heç vaxt Ukraynanı məğlub edə bilməyəcək – Gürcü ekspert

Ruslar Lisiçanskı tuta biləcəklərini bütün dünyaya sübut etməyə çalışacaq. Bu, baş versə də uzun müddətli olmayacaq.

KONKRET.az “glavred.info” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Gürcüstan Strateji Təhlil Mərkəzinin eksperti Qela Vasadze yazıb.

Onun sözlərinə görə, məhv edilmiş hər sursat anbarına və hərbi texnikaya görə ruslar mülki obyektlərin dağıdılması və dinc əhalinin öldürülməsi ilə cavab verir:

“Üstəlik, bunun qəsdən edildiyi göz qabağındadır. Bəli, qəsdən edilir. Təcavüzkar tərəfdən müharibənin ritmləri belədir: ciddi hücum cəhdi, uğursuzluq, ukraynalıları ruhdan salmaq, uğursuzluq, sonra yenidən ciddi hücum cəhdi…

Kimsə mənə etiraz etsə ki, Rusiyanın Donbassdakı hücumunu uğursuz adlandırmaq olmaz, çünki müəyyən uğurlar var. Mən dinamikada hərbi əməliyyatların xəritəsinə baxmağı məsləhət görürəm.

Severodonetsk, Lisiçansk, Çernobayevka, Xerson, Serpentinada irəli gedirlər, geri çəkilirlər. Bütün bunlar hərbi baxımdan vacib və maraqlıdır.

Rusiya üçün siyasi baxımdan bu, ümidlərin və planların tamamilə iflası mənasını verən 6 hərfdən ibarət sözdür. Fiasko demək istədiyimi artıq təxmin etdiniz.

Ruslar heç vaxt Ukraynanı məğlub edə bilməyəcək, həm də layiqli insanlar kimi görünməyi bacarmayacaq.

Biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq və Ukraynaya eşq olsun!”.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*