Ruslar müharibə təbliğatından YORULUBbackend

Ruslar müharibə təbliğatından YORULUB

Ruslar təbliğatdan yorulublar.

KONKRET.az xəbər verir ki, “Moskva Tayms” bu barədə “Romir”in məlumatlarına istinadən məlumat yayıb. Məlumatda deyilir ki, dövlət televiziyasının auditoriyası işğal başlayandan bəri 25% azalıb.

Müharibə başlamazdan əvvəl “Birinci” kanalı əhalinin 33,7%-i izləyirdisə, iyulda bu, artıq 25,5% olub. “Rossiya-1”in əhatə dairəsi 30,9%-dən 23%-ə, NTV-nin yayımı isə 21,1%-dən 16,6%-ə düşüb.

Bunun əsas səbəbi isə sonsuz hərbi təbliğatın xeyrinə əyləncə proqramlarının azalmasıdır. Bu səbəbdən bütün yaş qrupları üçün dövlət kanallarının populyarlığı azalıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*