Vinnitsa yaxınlığında təxribat qrupu aşkarlanıb. Təxribat qrupu ilə Ukrayna xüsusi xidmət orqanları arasında güclü atışma baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə fevralın 26-da Vinnitsa Regional Dövlət Administrasiyasının rəhbəri Serhiy Borzov məlumat verib.
“Hazırda Qavrışivka-Stadnitsa ərazisində düşmənin təxribat-kəşfiyyat qrupu fəaliyyətə başlayıb. Hazırda bu qrupun zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat aparılır”, – Borzov saat 20:00-da brifinq zamanı deyib.
Məlumatda Şutki, Pisarivka, Havrışivka, Sokırıntsı, Kruşlintsi və Stadnitsa sakinlərindən sayıq olmaları xahiş olunur.
Rəsmiyyə Şərifova,
KONKRET.az
