S7 Hava Yolları martın 8-dək Rusiyanın doqquz şəhərinə reysləri ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti bildirib.
“Aviasiya orqanlarının hava məkanını məhdudlaşdırmaq qərarının uzadılması ilə əlaqədar olaraq, S7 Hava Yolları Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Lipetsk, Rostov-na-Donu, Simferopol və əks istiqamətlərə uçuşları martın 8-dək təxirə salır”, – deyə məlumatda bildirilir.
Qeyd olunduğu kimi, S7 Hava Yollarının Soçi, Mineralnıye Vodı, Volqoqrad, Stavropol, Mahaçqala, Vladiqafqaz, Qroznıdan/ya olan reysləri bağlı hava məkanı ətrafında dəyişdirilmiş marşrutlar üzrə fəaliyyətini davam etdirir.
Bundan əvvəl Rusiya ölkənin cənubu üzərində hava məkanının bağlanmasını martın 8-dək uzatmışdı.
Xuraman Etibarlı,
KONKRET.az
