Saakaşvili Ukrayna vətəndaşlarına MÜRACİƏT ETDİbackend

Saakaşvili Ukrayna vətəndaşlarına MÜRACİƏT ETDİ

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili ukraynalılardan onu dəstəkləməyi və “Facebook”da #FreeMisha kampaniyasına qoşulmağı xahiş edib.

KONKRET.az xəbər verir ki, Saakaşvilinin Ukrayna vətəndaşlığı olduğu üçün prezident Vladimir Zelenski daha əvvəl Saakaşvilinin qaytarılması ilə şəxsən o və Ukrayna hakimiyyətinin məşğul olacağını qeyd edib.

Gürcüstan prokuroru Jarji Tsiklauri bildirib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsinə baxılmır.

Qeyd edək ki, eks-prezident 50 gündür aclıq aksiyası keçirdiyini, döyüldüyünü və işgəncələrə məruz qaldığını xatırladıb və “ölməyə çox yaxın olduğunu” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*