Mixail Saakaşvilinin həbsxana klinikasına aparıldığı görüntüləri əks etdirən video yayımlanıb.
KONKRET.az xəbər verir ki, videonu Gürcüstan Ədliyyə Nazirliyi yayımlayıb. Görüntülərdə Saakaşvilinin yarıçılpaq şəkildə sürüyərək aparıldığı əks olunub. O, əvvəllər həbsxanadan xəstəxanaya aparıldıqdan sonra döyüldüyünü bildirmişdi.
“Həbsxana əməkdaşları məni maşından çıxarmağa başladılar. Çıxmaqdan İmtina etdikdə məni zorla itələdilər, sonra onların qışqırtıları, söyüşləri altında sürüyərək boynuma bir neçə zərbə də vurdular. Məni saçımdan dartdılar və təbii ki, o zaman onlara müqavimət göstərdim” deyə o bildirib.
Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin sözlərini təkzib mənasında videonu yayımlayıb.
Xuraman Etibarlı
KONKRET.az
