Saakaşvilli tərəfdarları həbsxanaya girməyə çalışıb.
KONKRET.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixayıl Saakaşvilinin tərəfdarları Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin qarşısına toplaşıblar.
Həbsxanaya daxil olmaq istəyən etirazçılar “Mişaya azadlıq” şüarları səsləndirirlər.
Hüquq-mühafizə orqanları etirazı yatırmaq üçün müxtəlif vasitələrdən istifadə edir.
Hazırda həbsxananın ətrafında işıqlar söndürülüb.
Həbsxananın qarşısından görüntüləri təqdim edirik:
Xuraman Etibarlı
KONKRET.az
