“Sabah”ın potensial rəqibi bilindibackend

“Sabah”ın potensial rəqibi bilindi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu “Sabah”ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.

Bakı klubu III raundda Danimarkanın “Orxus” komandasını mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində “Srvena Zvezda” – “Hapoel” (Ber-Şeva, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*