“Sabah” qələbə qazandıbackend

"Sabah" qələbə qazandı

“Sabah” klubu Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

KONKRET.az xəbər verir ki, Bakı təmsilçisi bunu V turda “Kəpəz”ə qarşı oyunda gerçəkləşdirib.

Tovuz şəhər stadionunda keçirilən matç qonaqların 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Xaliq Mərdanovun müvəqqəti rəhbərlik etdiyi komandadan qolları Viktor Braqa (10) və Lassana Ndiaye (18) vurub. “Sabah” komandasından isə Coy Lens Mikels (53-p. 85) və Cesse Sekidika (70) fərqlənib.

Qeyd edək ki, V tura sabah, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*