Sabahdan Azərbaycanda internet ucuzlaşır – YENİ TARİFLƏRbackend

Sabahdan Azərbaycanda internet ucuzlaşır - YENİ TARİFLƏR

“Aztelekom” MMC və “Baktelecom” MMC internetin sürətini artırır.

KONKRET.az bu barədə şirkətin saytına istinadla xəbər verir.

Qurumlar iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.

Qeyd edək ki, “Aztelekom” və “Baktelecom” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşlarındandır.

Layihə çərçivəsində ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 35 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

Azərbaycanda ümumilikdə 2,29 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu da ölkədə olan təsərrüfatların 78%-ni təşkil edir. Bakı şəhərində isə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90,2%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Yeni sürət “Aztelekom” GPON xidmətləri Qiymət
1 40 Mbit/s İnternet

İnternet + telefoniya

İnternet + Rəqəmsal TV

İnternet + Rəqəmsal TV + telefoniya

18 AZN

21 AZN

24 AZN

27 AZN

2 60 Mbit/s İnternet

İnternet + telefoniya

İnternet + Rəqəmsal TV

İnternet + Rəqəmsal TV + telefoniya

26 AZN

29 AZN

32 AZN

35 AZN

  • Bakidan
    May 31, 2024 - 06:31

    Eladir , amma ferdi istifadeci bunu nece hiss edecek, nede yoxlamaq olar? Sadece regemler 30 olur 40 ve sayira hecne demir …Yoxluyariq !

  • Fariz
    May 31, 2024 - 11:18

    Ucuzlaşma? Azərbaycanda? Başına at təpib? Bizdə bir dəfə qalxan, bir də enməz

  • Serxan
    İyun 1, 2024 - 16:08

    Bular bu yazıyla adam aldadırlar? zatən mən 1 ildən artıqdır ki 40 mbit-sürəti elə 18 azn-ə alıramda sizdə, İndi oyandırnız ki 40mbit-sürət 18 olsun?

  • Usta
    İyun 1, 2024 - 16:58

    Təsəffur edinki sizə ayda 30 ədəd çörək lazımdır. Bunlar isə 300 ədəd çörək verirlər. Çörəyin qiyməti ucuzlaşanda, sizə əlavə 100 çörəkdə verirlər. Sizdə deyə bilmirsinizki…

  • Namiq
    İyun 1, 2024 - 18:12

    Salam Hörmətli Aztelekom Qovşaği Sizdən Artiq Dərəcədə Xahiş Edirəm Yeni Çəkilmiş İnternetin Trafikin Qiymətini Aşaği Salin Hər Ay Ödənilən 18₼ 15₼ Qədər Endirim Edin Etsəniz Çox Şad Olardiq MaşaAllah Olsun Sürətinə Söz Ola Bilməz Mən Sürətinə Şikayətçi Deyiləm MaşaAllah Olsun Süperdi👍👍👍👍👍

  • Valeh
    İyun 4, 2024 - 21:44

    Mən 18 man. Təzə çəkmişəm, divar olmasa 10 mt. Tutur, amma ümumən sıfır(0),köhnəsi 10 manat idi, 50 mt. Radiusda belə tuturdu, görəsən heç olmasa bir dəfə xalgı fikirləşən tapılar bu ölkədə???!!!

  • Dilarə Paşayeva
    İyun 5, 2024 - 15:40

    18m internet 3m ev telefonu biz artıq 2ilə yaxındır ki belə ödəyirik.bunun harasıdır ucuz.Deyin ki, sabit qalıb.ucuza heç nə yoxdur.😡😡😡😡

  • Səyyad Abbasov
    İyun 6, 2024 - 11:50

    Salam 40mbit deyirlər vereceyik amma heç 10-15 gəlmir qırılmalar olur özüdə çox olur xahiş edirəm bu məsələlərə baxasınız ev nömrəm 012429…1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*