Sabahdan Xankəndidə və Qarabağın ermənilər yaşayan digər ərazilərində karantin tətbiq ediləcəkbackend

Sabahdan Xankəndidə və Qarabağın ermənilər yaşayan digər ərazilərində karantin tətbiq ediləcək

Noyabrın 4-dən Xankəndidə və Qarabağın ermənilər yaşayan digər ərazilərində karantin tətbiq ediləcək.

KONKRET.az xəbər verir ki, karantin sabah saat 22:00-dan dekabrın 1-dək davam edəcək. Qərar qondarma Təhlükəsizlik Şurası tərəfindən verilib. İclasda məhdudlaşdırıcı tədbirlər və peyvənd prosesi də müzakirə edilib.

Qeyd edək ki, son günlər Qarabağın ermənilər yaşayan ərazilərində COVİD-19-a yoluxma sürətlə artır.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*