Heyflər olsun ki, Mahal İsmayıloğlu həyatda yoxdur. Niyə görə bu yazını qələmə aldım, səbəbini indi açıqlayacağam. Fəzail Ağlamalı barədədir. Onunla münasibətlərimiz ifrat səviyyədə olmasa da, yaxınlığımızı inkar da edə bilmərəm. Lakin onu bütün tərəfləri ilə hər zaman tanımışam. Partiyasının kimlərə qucaq açdığını, sonradan hansısa bəhanə ilə oradan uzaqlaşdığını dəfələrlə sınaqdan çıxaran ana vətənçi üçün siyasi mübarizənin əsasları cəmiyyətə qaranlıq deyil. Onun dumanlı düşüncə tərzinin ağlagəlməz göstəriciləri diqqətimi daim cəlb edib.
1993-cü ilin iyun ayının sonu idi. Cəbhə-Müsavat hakimiyyəti dövründə nazir əvəzi işləyən Ağamalının nə qədər indiki hakimiyyətə səmimi olduğunu bilsəm də, sonralar bunu unutmağımı özümə bağışlaya bilmirəm. Prezident Əbülfəz Elçibəy Kələkiyə qaçmışdı. Heydər Əliyev üçün hakimiyyəti ələ almağa real imkan yaranmışdı. Böyük siyasi təcrübə sahibi olan H.Əliyev ölkə parlamentinin qanuni imkanları sayəsində hakimiyyəti götürdü. O zaman həm jurnalist, həm də Heydər Əliyev tərəfdarı olaraq Milli Məclisə dəvət almışdım. Fasilədə rəhmətlik Mahal İsmayıloğlu ilə birlikdə parlamentin böyük dəhlizində divara yapışdırılmış iri güzgünün qarşısında dayanmışdıq. Siqaret çəkmək istəyirdik, amma yoxumuzdu. Bu an sanki Allah Fəzail Ağamalını yetirdi və ondan siqaret xahiş edəndə əlini cibinə atıb Malbura siqaretini şıxardı və tezcədə geri qaytarıb o biri cibindən rus Kosmosunu çıxarıb bizə verdi və kinayəli halda-olduğu kimi yazıram, kaftarı gətirdiniz, ölkədə vətəndaş müharibəsi qaçılmazdır,-deyə Heydər Əliyevin ünvanına ağır ifadələr işlətdi. Sübut etmək çətindir, Mahal dünyada yoxdur.
Sonradan bağışlanılmaz səhvimlə F. Ağamalı deputat oldu. Necəliyini ana vətənçi gözəl bilir. YAP Mərkəzi Aparatı bütünlüklə ona qarşı idi. Əli Nağıyevin mənimlə ilk incikliyi də buradan başladı və onun haqlı olduğunu etiraf edirəm. Vəziyyət elə gətirdi ki, 2000-ci il parlament seçkilərindən kənarda qaldım. Səhərisi Ağamalı mənimlə bütün əlaqəni kəsdi və telefon zənglərimə də cavab vermədi.
Gün gəldi biz görüşdük. Zahid Dünyamalıyevin bacısı qızının Batamdartda hüzr yerinə Baş Prokurorun müavini Xanlar Vəliyevlə bərabər getmişdik. Çadırın önündə Fəzaillə üz – üzə gəldik. Əlini uzadıb salamlaşmaq istədikdə əlimi geri çəkdim və dedim sənə salam verməyi günah bilirəm. Güldü və məni qucaqlayaraq, haqlısan söylədi.
Birinci dəfədir ki, bu məsələni dilə gətirirəm. Orda – burda haqqımda danışan bu adama keçmişləri xatırlatmağı özü məcbur etdi.