Bakı–İrəvan arasında yeni mərhələ: Kommunikasiyalar bu tarixdə açıla bilərbackend

Bakı–İrəvan arasında yeni mərhələ: Kommunikasiyalar bu tarixdə açıla bilər

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində son dövrlər müşahidə olunan təmaslar nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsini yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, tərəflər arasında əməkdaşlığın genişlənməsi və qarşılıqlı etimadın artması bu prosesin yekun sülh sazişindən əvvəl də reallaşmasına şərait yarada bilər.

Bəs Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması sülh müqaviləsindən əvvəl mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması üçün artıq kifayət qədər ciddi əsaslar formalaşıb.

Zelenskinin Çörçillə müqayisə olunması ədalətli və realdır – TALEH ƏLİYEV |  Azərbaycan Ümid Partiyası

Onun sözlərinə görə, Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınması, eləcə də Azərbaycanın neft və qaz məhsullarının Ermənistana çatdırılması kimi faktlar göstərir ki, yekun sülh müqaviləsi imzalanmadan da dəmir yolu, avtomobil və digər nəqliyyat-kommunikasiya xətlərinin fəaliyyətə başlaması mümkündür.

Politoloq qeyd edib ki, prosesin müəyyən qədər ləngiməsi Ermənistanda keçirilən parlament seçkilərindən sonra konstitusion çoxluğun formalaşmaması və bunun nəticəsində referendum prosesinin uzana bilməsi ilə əlaqədardır:

“Lakin bu prosesin uzanması iki ölkə arasında birbaşa əməkdaşlığın genişləndirilməsinə mane olmur. Bu gün hər iki ölkənin vətəndaş cəmiyyətlərinin birgə

“Sülh Körpüsü” təşəbbüs platformasının yaradılması, baş nazir müavinləri səviyyəsində işçi qruplarının qarşılıqlı səfərləri və hökumətlərin münasibətlərin inkişaf etdirilməsi istiqamətində siyasi iradə nümayiş etdirməsi onu deməyə əsas verir ki, yekun sülh sazişi imzalanmadan da müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi mümkündür. Bu isə öz növbəsində sülh sazişinin imzalanması üçün əlavə zəmin yaradır”.

T. Əliyev vurğulayıb ki, qarşılıqlı etimadın formalaşması və möhkəmlənməsi Ermənistanda fəaliyyət göstərən radikal qüvvələrin arqumentlərini zəiflədəcək:

“Əməkdaşlığın genişlənməsi parlamentdə və cəmiyyətdə sülh müqaviləsinin imzalanması, eləcə də bunun üçün vacib sayılan konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüslərə dəstəyin artmasına səbəb ola bilər. Bu baxımdan kommunikasiyaların açılması məsələsi yalnız sülh müqaviləsinin imzalanması ilə əlaqələndirilməməlidir. Yaxın dövrdə bu istiqamətdə yeni addımların atılmasının şahidi ola bilərik”.

Ekspertin fikrincə, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi yekun siyasi razılaşmaların əldə olunmasını sürətləndirən mühüm amillərdən biri kimi çıxış edə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*