Sabiq müdafiə naziri Seyran Ohanyan prokurorluğa çağırıldıbackend

Sabiq müdafiə naziri Seyran Ohanyan prokurorluğa çağırıldı

Seyran Ohanyan prokurorluğa çağırılıb.

KONKRET.az bildirir ki, sabiq müdafiə naziri “SputnikArmenia”-ya bunu təsdiqləyib və qeyd edib ki, o, orada və müvafiq prosedurlar çərçivəsində olub və prokurorluqla əməkdaşlığa hazırdır. Ohanyan ona qarşı açılmış cinayət işləri ilə bağlı dəvət olunub. O, ibtidai istintaqın gedişini nəzərə alaraq, təfərrüatları açıqlamayıb.

Keçmiş məmurlara qarşı “Dzora HES” QSC-nin (Vatikandakı keçmiş səfir, üçüncü prezidentin kürəkəni Mikaellə Minasyanla əlaqəli) prosesində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı açılmış cinayət işi çərçivəsində ittiham irəli sürülüb.

İstintaqın məlumatına görə, 2010-cu ildə keçmiş müdafiə nazirinin imzaladığı məxfi qərarla qanunlara zidd olaraq HES-in 9 milyon dollara yaxın səhm paketi 7 milyon dollara satılıb.

Xatırladaq ki, dekabrın əvvəllərində Seyran Ohanyanın əmlakına həbs qoyulub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*