Sabirabadın kənd məktəbində istiliyin olmamasına aydınlıq gətirildibackend

Sabirabadın kənd məktəbində istiliyin olmamasına aydınlıq gətirildi

Sabirabadın Kovlar kənd orta məktəbinin istilik probleminə aydınlıq gətirilib.

KONKRET.az xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, məktəbin qazanxanasında nasazlıq ortaya çıxdığı üçün hazırda istilik verilə bilmir.

“Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınarkən problem ortaya çıxıb. Hazırda ustalar orada iş aparır. Gün ərzində və ya sabah məktəbə istiliyin verilməsi təmin ediləcək” – deyə bildirilib.

Qeyd edək ki, məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlarının soyuq olması barədə paylaşım ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*