Sabiri “şalvarsız” qoyan Trendyol – Şəbəkə insanları bu yolla aldadır – ŞOK FAKTLARbackend

Sabiri "şalvarsız" qoyan Trendyol - Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR

Təsəvvürünüzə gətirin, kostyum alırsınız şalvarı var pencəyi yox, ya da əksinə. Bir az gülməli görünsə də, belə hallar əsasən onlayın ticarətdə baş verir. Son illərin onlayın alış-veriş trendinə çevrilən bəzi onlayın alış-veriş şəbəkələri artıq üzərlərinə düşən öhdəliyə tam əməl edə bilmir. “Sağ göstərib sol vurma” prinsipiylə işləyən belə ticarət obyektləri əhalini aldatmaqla məşğuldur. Azərbaycanda minlərlə insanın istifadə etdiyi onlayın mağaza şəbəkələrindən biri də “Trendyol”dur.

Bu şəbəkədən məhsul alan hər kəs heç olmasa bir dəfə aldadıldığını anlayıb. Adam kataloqda bəh-bəhlə təqdim edilən məhsula dərhal müştəri çıxır və düşünmədən onu almaq qərarına gəlir. Lazım olan proseduru həyata keçirərək sifarişini qeydiyyatdan keçirir. Qiymətin fərqində olmayan alıcı ona təqdim edilən məhsulun yolunu gözləməyə başlayır. Sonda hadisələr necə cərəyan edir?

Nəyin necə baş verdiyini redaksiyamıza Sabir adlı şəxsin yazdığı şikayət məktubundan oxuyuruq. Vətəndaş yazır ki, “Trendyol”dan kostyum sifariş edib. 3741 lirəyə (təxminən 200 manat) təklif olunan kostyuma müştəri çıxan vətəndaş dərhal ödəniş edib və günlərdir xəyal qurduğu bahalı kostyumunun yolunu gözləməyə başlayıb. Çatdırılma vaxtında həyata keçirilib. Məhsulu açana kimi müştəri xidmətdən tam razı qalıb. Amma təzə kostyumun sevinci cəmi bir neçə qədiqə çəkib. Türkiyədən yenicə gələn təzə paltarı geymək həvəsiylə bağlamanı açan vətəndaş gözlərinə inanmayıb. Sabirin  başına gələn hadisə belədir: “Trendyol”-un rəsmi “AVVA” mağazasından kişi kostyumu sifariş edib. Bağlama açılanda onun içərisindən yalnız tək şalvar çıxıb. Bütün aləm bir-birinə dəysə də, pencəyi gördüm deyən tapılmayıb. Sabir bəy problemin aradan qaldırılması üçün “Trendyol” dəstək xidmətinə müraciət edib. Şirkətdən Sabirə verilən cavab isə onu qane etmir.  “Trendyol”dan bildirilib ki,  kostyum alan zaman şalvar və pencəyin qiyməti ayrı-ayrı hesablanıb. Ödəniş düz aparılmadığndan “Trendyola” edilən ödənişin 1870 türk lirəsi müştəriyə qaytarılacaq.

Millətin cibinə girən bu fırıldaqçıların arqumentləri əməlli-başlı gülüş yaradır. Bazarda kostyum dəstinin şalvar və pencəyinin ayrı-ayrı qiymətlərə satılması ilk dəfəydi qarşıma çıxırdı. Sabir bəy də yaxşı bilir ki, bu açıq-aşkar dələduzluqdur və onu aldadıblar. Amma şirkətin bəhanələri yalnız söz oyunudur ki, onu da düzgün qaydada apara bilmirlər. Bəlkə kostyum dəstində şalvarla pencək qiymətlərini ayrıd edə bilməyən “Trendyol” məhsul sifariş edən insanlara hörmətsizlik nümayiş etdirir. Sabir bəy əlacsız halda az qala tək şalvarla da razılaşıb. Amma şalvar da “brak” çıxıb. Əvvəla məhsul sifariş edilən zaman Sabir bəy yun kostyum istəyib. Qarşı rətəf də müştəriyə “hə” deyib. Göndərilən bağlamadan isə nə yun pencək, nə də yun şalvar çıxıb. Sabir bəyə yalnız yay şalvarı göndərilib. Bu, onlayın ticarət hələ çox müştəriləri şalvar-pencəksiz qoyacaq. Bir qədər ucuz təklif edilən məhsulun üzərində manipulyasiya aparmaq və istehlakçının hüquqlarını tapdamaq heç bir şirkətin haqqı deyil və özlərinə bəraət qazandıra bilməzlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*