36 yaşlı Məhəmməd Nəzirov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 69 yaşlı anası Nuriyyə Nəzirovanı döyərək öldürüb.
KONKRET.az-ın şimal bürosu xəbər verir ki, M.Nəzirov axşam saatlarında evə sərxoş gələrək anasını bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla çoxsaylı zərbələr yetirməklə öldürüb. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hadisə ilə bağlı məyusluqlarını ifadə edən kənd sakinləri baş verənləri pisləyərək, oğula ən ağır cəzanın verilməsini istəyiblər.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Emin Kərimov,
Cəmil İsayev,
KONKRET.az
