Sabunçu rayonunda ağır yol qəzası – Fəridə Əhmədova ciddi xəsarət aldıbackend

Sabunçu rayonunda ağır yol qəzası - Fəridə Əhmədova ciddi xəsarət aldı

Bakının Sabunçu rayonunda qadın sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Əhmədova Fəridə Hacıağa qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*