“Səfəvilər Bakını alanda Şirvanşah Xəlilullahın sümüklərini qəbirdən çıxararaq yandırıblar. Ona görə ki, vaxtilə Şirvanşah Xəlilullah Şah İsmayıl Xətainin atası Şah Heydərin qətlinə fərman vermişdi. Bu, tarixi faktdır”.
KONKRET.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, qızılbaşlar Bakını alanda, şəhəri müdafiə edən qadın idi: “Həmin qadın Şah İsmayılın elçilərinin boynunu vurdurub. Sonda görürlər ki, mümkün deyil, Bakının ağsaqqalları şahın hüzuruna gedirlər. Böyük pul müqabilində Bakı əhlini qırmırlar. Azərbaycan əhalisi o zamanlar əhli-sünnə idi. Şah İsmayılın Azərbaycana gətirdiyi şiəlik bir sekta idi. Bunu açıq demək lazımdır. Bizə şiəliyi zorla qəbul etdiriblər. Bəzən bizə “qılınc müsəlmanı” deyirlər, elə deyil, “qılınc şiəsi”yik. VII əsrdə ərəblər Azərbaycana gələndə, İslam dinini bizə zorla qəbul etdirməyiblər. Əgər zorla idisə, gürcülərə, ermənilərə niyə qəbul etdirmədilər? Bəziləri elə başa düşür ki, mən Şah İsmayıla “dil uzadıram”. Əsla! Söhbət ondan gedir ki, vahid dövlət yaratmaq qan tökülmədən baş vermir. Bütün dövlətlər belə qurulub. Qəbahət də yoxdur”.

Bunun hələ saqqalına bax
7-ci əsrdə Azərbaycan da yaşayan əhalinin böyük bir hissəsi Atəşpərəst idi, Erməni – gürcü və bəzi alban tayfalar isə xristianlığı qəbul etmişdi, ərəblər təkAllahlılığ dinini qəbul etmiş şəxslərə (xristianlara) əl vururdular, Atəşpərəstləri isə müsəlman eləməyə çalışırdılar. Əlavə olaraq Şah İsmayıl Şiəliyi zor gücə yayırdısa niyə görə Azərbaycanda bu gün də çox sayda Sünni müsəlman var…?
Xəlilullah məsələsində isə, belə hərəkət edən tək insan şah İsmayıl deyl, bir çox hökmdar belə edib, ailə intiqamın almaq üçün,
Az əvvəl səhvən vururdular yazmışam, xristianlara əl vurmurdular