Sahibkarlara ŞAD XƏBƏRbackend

Sahibkarlara ŞAD XƏBƏR

Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb.

Fonddan KONKRET.az-a verilən məlumata görə, bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur.

İlkin olaraq, şəkər tozu, günəbaxan yağı, marqarin, kərə yağı, un və makaron məmulatlarının istehsalı ilə məşğul olan sahibkarların həmin fəaliyyət növləri üzrə xammal tədarükü ilə bağlı aldıqları kreditlərin subsidiyalaşdırılması həyata keçiriləcək.

Bu sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri xammal tədarükü ilə bağlı 2022-ci ildə aldıqları kreditlərin subsidiyalaşdırılması üçün krediti verən təşkilata müraciət edə bilərlər. Subsidiyalaşdırılma kredit təşkilatları tərəfindən Fonda daxil olan müraciətlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, yeni mexanizm ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq olunur. Qərara əsasən, sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən, müddəti və faiz dərəcəsindən asılı olmayaraq, məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 mln. manatadək olan kreditlərin faizlərinin 10% bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*