Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi Argentinaya qalib gəldibackend

Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi Argentinaya qalib gəldi

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

KONKRET.az-ın məlumatına görə, yığma III turda Argentina seçməsinə qalib gəlib.

Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqiblərini məğlub edib, Nicat Abbasov isə heç-heçəyə razılaşıb. Hazırda Qədir Hüseynovun görüşü davam edir. 36 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Komanda ilk turda Əlcəzairi 4:0, II turda isə Filippini 3:1 hesabı ilə üstələyib.

III tur

Azərbaycan – Argentina 2,5:0,5

Şəhriyar Məmmədyarov – Fernando Peralta – 1:0

Rauf Məmmədov – Federiko Peres – 1:0

Qədir Hüseynov – Leandro Krisa (görüş davam edir)

Nicat Abbasov – Dieqo Flores – 0,5:0,5

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*