Şair Ramaldanov: “Sülhməramlılar silahlı erməni qruplaşmalarına nəzarət edə bilmir” – VİDEObackend

Şair Ramaldanov: “Sülhməramlılar silahlı erməni qruplaşmalarına nəzarət edə bilmir” - VİDEO

Hərbi ekspert, polkovnik Şair Ramaldanov Şuşa şəhəri yaxınlığında baş vermiş terror aktını Baku TV-yə şərh edib.

KONKRET.az xəbər verir ki, o bu hadisəni silahlı separatçı dəstələrin tərkisilah edilməsinin vacibliyinin daha bir sübutu kimi qiymətləndirib.

“Müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşmiş Rusiya sülhməramlıları silahlı erməni qruplaşmalarına ya nəzarət edə bilmir, ya da etmək istəmir. Baxmayaraq ki, Azərbaycan tərəfindən bir neçə maddə ilə cinayət işi qaldırılıb, Rusiya tərəfi terrorçunu Ermənistana təhvil vermək barədə qərar qəbul edib. Bu nə dərəcədə ədalətlidir? Terror aktı Azərbaycan ərazisində baş verib, Azərbaycan hərbçiləri xəsarət alıb, amma terrorçu Ermənistana verilir”, – deyə polkovnik qeyd edib.

  • Namiq
    Noyabr 14, 2021 - 16:54

    Rusiya sülhməramsızları hər şeyi yaxşı bilirlər. Sadəcə onlar Azərbaycan dövlətini və qanunlarını saymırlar. Nə qədər ki, Azərbaycan rəsmiləri qəti mövqe ortaya qoymayıblar bu gələcəkdə belə də davam edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*