El Salvador Futbol Liqasının pley-off mərhələsinin 1/4 finalında Alianza və FAS komandaları arasında keçirilən matç faciə ilə nəticələnib.
KONKRET.az xəbər verir ki, Cuscatlan Stadionunda Alianzanın ev sahibliyi etdiyi matçda tribunaların tutumundan çox azarkeşin iştirak etməsi faciəyə yol açıb.
Təhlükəsizlik səbəbiylə qapıların bağlanması izdihamsa səbəb olub, Nəticədə ilkin məlumata görə, 12 nəfər həyatını itirib. Aralarında uşaq və qadınların da olduğu yüzlərlə insan yaralanıb. Yaralılara sahədə ilkin tibbi yardım göstərilib, daha sonra ətrafdakı xəstəxanalara aparılıb.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada ölənlərin sayının arta biləcəyi bildirilib.
***
10:39
Salvadorda “Alyans” və “FAS” komandaları arasında keçirilən oyun zamanı “Kuskatlan” stadionunda yaranan izdihamda azı 9 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşılaşma zamanı təşviş içində olan futbol azarkeşləri qapılardan birini sındıraraq izdiham yaradıblar.
Yaranan izdihamda 9 nəfər ölüb, onlarla insan yaralanıb. Xəstəxanaya çatdırılan iki nəfərin vəziyyəti ağırdır.
