Salyanda qəza: 5 nəfər xəsarət aldıbackend

Salyanda qəza: 5 nəfər xəsarət aldı

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil “Zaporojets” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü Quliyev Rauf İbrahim oğlu, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Quliyeva Minurə Mehman qızı, onların övladları, 2014-cü il təvəllüdlü Quliyeva Mələk, 2017-ci il təvəllüdlü Q.Z və 2018-ci il təvəllüdlü Q.R müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*