backend

Salyanda ağır QƏZA: Sahibkar hadisə yerində öldü

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücü ölüb.

KONKRET.az xəbər verir ki, hadisə ötən gecə saatlarında Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ruslan Tofiq oğlu Abdullayevin idarə etdiyi “Toyota” markalı, 90-BK-939 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə, sürücü hadisə yerində ölüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən R.Abdullayev Salyanda fermer fəaliyyəti ilə məşğul olub.

O, ferma işlədirmiş./APA/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*