Salyanda FACİƏ: Ev sahibi yanaraq öldübackend

Salyanda FACİƏ: Ev sahibi yanaraq öldü

Salyan rayonunda ümumi sahəsi 136 m² olan, tikintisi başa çatmayan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a  verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1965-ci il təvəllüdlü Cəfərov Firudin Cəfərağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*