“Şamaxı” daha iki futbolçu ilə vidalaşdıbackend

“Şamaxı” daha iki futbolçu ilə vidalaşdı

Azərbaycan I Liqasının qalibi olan “Şamaxı” cari mövsümü icarə əsasında əyalət klubunda keçirən iki futbolçusu ilə vidalaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Süleyman Damadayev müqavilə əsasında aid olduğu “Qəbələ”yə, Elçin Qasmov isə “Turan Tovuz”a geri dönüb.

Qeyd edək ki, 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şamaxı” bu gün qapıçı Əkpər Vəliyevlə yollarını ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*