Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edildi – FOTObackend

Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının Pirsaat çayında qəflətən sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən KONKRET.az-a verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib - FOTO

Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib - FOTO

Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*