Şamaxıda yük avtomobili yanıb.
KONKRET.az xəbər verir ki, yanğın rayonuun Çıraqlı kəndində baş verib.
1992-ci il təvəllüdlü Kərimli İlkin Sabir oğluna məxsus “Zil 31” markali yük avtomobilinin yük hissəsinə yığılmış ot alışıb və yanğın baş verib. Yanğın yerinə Şamaxı Yangından Mühafizə Hissəsindən texnika və şəxsi heyət cəlb olunub.
Hadisə zamanı avtomobilin yük yerinə yığılmış ot bağlaması, avtomobilin yük yeri və şinləri tamamilə yanıb. Avtomobilin qalan hissəsi yangğndan mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
